“Hündürmərtəbəli yaşayış binaları” Nargilə

Nargila Residence Nargilə dairəsindən yuxarıda, Cavanşir küçəsində yerləşir. Layihəmiz birbaşa Xəzərin panoramik mənzərəsinə açılır. Burada mənzil sahibi olan sakinlərin evlərində hər zaman dəniz havası hökm sürür!

Geniş qapalı həyəti və uşaq meydançası ilə sakinlərin rahatlığı üçün hər şey düşünülüb. 7/24 kamera sistemi və mühafizə xidməti isə təhlükəsizliyinizin təmin olunması üçün xidmətinizdədir. Eyni zamanda bina möhkəm və sürətli liftlərlə təchiz olunub.

Nargila Residence-in ətrafında məktəb, uşaq bağçası, supermarket, xəstəxana, metro kimi əlverişli lokasiyalar yerləşir. Eyni zamanda Ağ şəhər bulvarına və Həzi Aslanov metrosuna 5 dəqiqəlik piyada məsafəsində yerləşən bu layihəmiz böyük səbrsizliklə öz yeni sakinlərini gözləyir. Bir sözlə rahat yaşayışınızı təmin edəcək bütün standartlar bir neçə addımlığınızda olacaq.

Ünvan
Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2966-cı məhəllə